AMEA-nın sonuncu kurs magistrantları ilə görüş keçirilib
May 12 , 2017 | 06:00 / Görüşlər
Oxunma ( 2525 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın bir qrup sonuncu kurs magistrantı ilə görüşüb. Akademik bildirib ki, AMEA-da magistratura pilləsi yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub. Akademiya rəhbəri AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini deyib.

Akademik Akif Əlizadə magistrantların məzun olduqdan sonra AMEA-da fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.

Sonra magistrantlar ikiillik təhsil müddətində əldə etdikləri təcrübə və nailiyyətlərdən danışıblar. Magistratura təhsili ilə bağlı xoş təəssüratlarını bölüşən gənclər yerli və əcnəbi alimlərin mühazirələrində, bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etdiklərini, xarici ölkələrdə ezamiyyət müddətində öyrəndiklərinin, AMEA laboratoriyalarında aparılan tədqiqatların onların elmi təfəkkürlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Magistranlar yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevDilçilik İnstitutunun direktoru, akademik Möhsün NağısoyluGenetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal ƏkpərovArxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə RəhimovaElm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovİctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.