Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının final oyunları və mükafatlandırma tədbiri keçiriləcək
May 15 , 2017 | 08:51 / İdman yarışları
Oxunma ( 362 )

17 may 2017-ci il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatına yekun vurulacaq. Bu haqda "gencalimler.az" saytına ekskluiziv açıqlama verən Şura sədri, dosent Famin Salmanovun sözlərinə görə, həmin gün saat 12:30-da 3-cü yer uğurunda İdarəetmə Sistemlər İnstitutu İqtisadiyyat İnstitutunun komandaları mübarizə aparacaq. Saat 13:30-da isə Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutu komandaları öz aralarında çempionatın qalibini müəyyənləşdirəcəklər. Əsas oyundan dərhal sonra saat 14:30-da mükafatlandırılma mərasimi baş tutacaq və ilk üçlüyün qaliblərinə diplom və pul mükafatları təqdim olunacaq.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.