Fotos
Cari ildə AMEA Geologiya və Geofizika İnstitutunda gənc alimlərin ilk elmi seminarı keçirilib
May 17 , 2017 | 10:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 187 )

AMEA Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi seminarları cari ildə də fəaliyyətini davam etdirir. Bu gün baş tutan seminara rəhbərlik edən GAMŞ-ın sədri, geologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov edib ki, ənənəvi keçirilən seminarların 2017-ci ilə dair iş planı qurumun rəhbərliyi tərəfindən təsdiqlənib. İş planına əsasən, gənc alim və mütəxəssislər il ərzində 10 məruzəni müzakirə edəcəklər.

İnstitutun gənc alim və mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda Geoekologiya şöbəsinin böyük laborantı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs magistri Lalə Məmmədova məruzə ilə çıxış edib. Gənc mütəxəssisin mövzusu "Cənubi Xəzər hövzəsində karbohidrogenlərin paylanma xüsusiyyətləri (Şimali Abşeron qalxımları timsalında)" mövzusunda” mövzusu ilə əlaqədar olub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

Gənc alimlərin elmi seminarlarının təşkilində məqsəd magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcədə şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.