Fotos
Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçıların kimyanın müasir və aktual problemlərinə həsr olunan təqdimatları olub
May 18 , 2017 | 01:58 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2615 )

 

Bu gün Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 28 may Respublika Günü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan gənc alim, doktorant və disertantlar arasında élan edilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinə məruzə təqdim edən namizədlərin təqdimat mərasimi keçirilib. Elmi müsabiqənin ərtlərinə uyğun olaraq Ekspert Komisiyasının üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin özlərinin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələrini dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Bir-birindən maraqlı məruzələr ətrafında geniş fakir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, müsabiqənin qalibləri may ayının 25-də élan olunacaq. Həmin gün təşkil olunacaq tədbirdə elmi nailiyyətlərinə görə İnstitutn bir gəncinə "Gənclər üçün akademik Əli Quliyev" mükafatı da təqdim olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.