Fotos
Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın 2016–2017-ci dərs ilinin son sesiyası təşkil olunub
May 23 , 2017 | 04:14 / ELMİN TƏBLİĞİ
Oxunma ( 697 )

19 may 2017-ci il tarixində Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın 2016–2017-ci dərs ilinin son sesiyası təşkil olunub. Həmin tədbirdə AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, b.ü.f.d. Vüsalə Xəlilzadə və Təhsil Şöbəsinin müdiri, b.ü.f.d. Qasımova Aygün Səməd qızı iştirak etmişdilər. 

Tədbirdə “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibi Bakı şəhəri 43 saylı məktəb lisey kompleksinin 11-ci sinif şagirdi Zuleyxa Qasımova  ”Azərbaycanın üzvi maddələr və ağır metallarla çirklənmiş su hövzələrinin təmizlənməsi üçün biobonların hazırlanması” layihəsi ilə çıxış etmişdir. 

Tədbir yaradıcı şagirdlərin iştirakı ilə bədii sonluqla başa çatıb. 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.