Fotos
AMEA-nın magistrləri üçün keçirilən ilk müsabiqənin qalibləri mükafatlandırıldı
May 24 , 2017 | 01:00 / Elmi müsabiqələr
Oxunma ( 3037 )

AMEA Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Magistr-2017" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.

AMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2017” müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 45 magistrantı sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim edib.

Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin 27 aprel 2017-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilib. Komissiya bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans  və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.

Ekspert Komissiyası müsabiqə iştirakçılarının əldə etdikləri nəticələri qiymətləndirərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsinin nəticələrinə görə 8 nəfər magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb.

Hər birinə 1-ci dərəcəli diplom və 1500 manat pul mükafatı təqdim edilməklə:

▪ İbrahimova Nigar Ziya qızı ─ Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun II kurs magistrantı;

▪ Alışzadə Nigar Oktay qızı ─ İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı.

Hər birinə 2-ci dərəcəli diplom və 1000 manat pul mükafatı təqdim edilməklə:

▪ İsmayılova Günay İlman qızı ─ Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı; 

▪ Atabəyli Nəzrin Namiq qızı ─ Əlyazmalar İnstitutunun I kurs magistrantı.

Hər birinə 3-cü dərəcəli diplom və 500 manat pul mükafatı təqdim edilməklə:

▪ İmanova Aynur Vilayət qızı ─ Dilçilik İnstitutunun II kurs magistrantı;

▪ Süleymanlı  Bəhruz Dilman oğlu ─ Fizika İnstitutunun II kurs magistrantı;

▪ Fərhadova Yetər Müzakir qızı ─ Riyaziyyat və Mexanika İnstitutunun I kurs magistrantı;

▪ Məmmədov Samir Mahir oğlu ─ İqtisadiyyat İnstitutunun I kurs magistrantı.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.