Məktəblilər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar
May 25 , 2017 | 06:15 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3846 )

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda UNİCER özəl tam orta məktəbinin şagirdləri üçün ekskursiya təşkil olunub. Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan ekskursiya zamanı məktəblilərə institutun tarixi və burada aparılan tədqiqat işləri barədə məlumat verilib.

Sonra elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər üçün müxtəlif əyləncəli və öyrədici təcrübələr əyani göstərilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.