Yazıçı Kamal Abdullanın gənc alimlərlə görüşü və yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının müzakirəsi keçiriləcək
May 27 , 2017 | 05:02 / Mühüm hadisələr
Oxunma ( 2329 )

31 may 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanada (H.Cavid prospekti, 129) AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, yazıçı Kamal Abdullanın gənc alimlərlə görüşü və yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının müzakirəsi keçiriləcəkdir. ““Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən olan çalışmalarının davamıdır. Əsərdə qədim mətnlərin, poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. Müəllifin fikrincə, “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma, bədiilik qatının immanent təhlili açar ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Kitab mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün maraqlı ola bilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.