AMEA Aşqarlar kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb
İyn 02 , 2017 | 03:20 /
Oxunma ( 2138 )

2016/2017-ci tədris ilində akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda AMEA-nın magistraturasına “Üzvi kimya” ixtisası üzrə qəbulda ən yüksək bal toplamış 1 magistr daxil olub.  

İyunun 2-də magistrantların “Zərif üzvi sintez II” ixtisas kursundan ilk imtahanı keçirilib. Magistrant Sevinc Həsənli 2 saat ərzində davam edən imtahan prosesində 5 suala yazılı cavab verib.

Sesiyaya iyun ayının sonunda yekun vurulacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.