AMEA beynəlxalq şirkətlə birgə istehsalla məşğul olacaq
İyn 02 , 2017 | 03:31 / Görüşlər
Oxunma ( 2565 )

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birləşmiş Krallığın “Millers Oils Ltd” şirkətinin icraçı direktoru Ceyms Rian, şirkətin Biznesin inkişafı departamentinin rəhbəri Martin Qouf və şirkətin texniki işlər üzrə direktoru Martin Mann ilə görüşüb.

Görüşdə akademik Akif Əlizadə “Millers Oils Ltd” şirkətinin zavoduna səfərindən danışıb, orada yaradılan şəraitdən məmnunluğunu bildirib. Qeyd edib ki, bu şirkət AMEA-nın tarixində ilk dəfə olaraq Akademiyanın rezidenti kimi fəaliyyət göstərəcək. Akademik Akif Əlizadə AMEA ilə “Millers Oils Ltd” şirkəti arasında əməkdaşlığın gələcəkdə Azərbaycanda tətbiqi araşdırmaların daha da genişlənməsinə gətirib çıxaracağına əminliyini bildirib. Alim AMEA-nın innovasiya yönümlü layihələrin həyata keçirilməsi və rəqabət qabiliyyətli məhsulların istehsalı istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Şirkətin icraçı direktoru Ceyms Rian AMEA ilə əməkdaşlığa önəm verdiklərini və Yüksək Texnologiyalar Parkında yaradılan şəraitdən məmnun qaldıqlarını qeyd edib.

Görüşün sonunda akademik Akif Əlizadə şirkətin sahibkarlıq subyekti olaraq AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququnu təsdiq edən müvafiq sənədləri və möhürü Ceyms Riana təqdim edib, iki təşkilat arasında gələcək əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev və AMEA “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Sənan Abdullayev iştirak ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.