Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
İyn 01 , 2017 | 10:55 / Mühüm hadisələr
Oxunma ( 2482 )

1 iyun 2017-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə bayram tədbiri keçirilib.

İnstitut əməkdaşlarının 3-7 yaşlı uşaqları üçün nəzərdə tutulmuş tədbiri İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü Aysel Cəbrayılova açaraq balaca iştirakçıları salamlayıb, onların bayramlarını təbrik edib. 

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov bildirib ki, Azərbaycan və dünya üçün xüsusi əhəmiyyət kəsb edən təqvim günlərilə əlaqədar bayramlar, anım günləri və s.  İnstitut rəhbərliyinin dəstəyilətəmsil etdikləri Şura tərəfindən daim ənənəvi qeyd olunur. 

Bayram yığıncağının bədii hissəsində peşəkar akytorlarınifasında müxtəlif nağıl qəhrəmanları canlandırılıb, uşaqlarla əyləncəli oyunlar keçirilib, maraqlı sirk nömrələri təqdim olunub. 

Tədbirin sonunda 80-dən çox uşağa müxtəlif hədiyyələr verilib. 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.