Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib
İyn 15 , 2017 | 03:13 / Mühüm hadisələr
Oxunma ( 2229 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il iyunun 16-dan iyulun 16-sı saat 17:00-dək qəbul olunur.

Müsabiqəyə yalnız 2017-ci il 15 avqust - 15 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələrinin ekspertizanın bitmə tarixindən və nəticələrin təsdiqindən asılı olaraq, 2017-ci ilin iyul ayında açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondunun 6-cı və 7-ci “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri 8-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində e-QRANT sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.