İnformatika fənni üzrə doktorluq imtahanları keçirilir
İyn 20 , 2017 | 05:49 /
Oxunma ( 2133 )

AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilir.

2017-ci ilin fevral ayından başlayaraq institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunub. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

Bu sessiyada ümumilikdə 700-ə yaxın elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İmtahanlar iyulun 10-dək davam edəcək.

Qeyd edək ki, iyulun 5 və 7-də Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları İnternet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.