Fotos
AMEA FİZİOLOGİYA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ KİMSƏSİZ UŞAQLAR EVİNİ ZİYARƏT EDİB
İyn 22 , 2017 | 12:02 /
Oxunma ( 2541 )

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın təşəbbüsü və gənc alimlərin dəstəyi ilə İnstitutun bir qrup əməkdaşı kimsəsiz uşaqlar evini ziyarət ediblər.  Tədbir Binə qəsəbəsində yerləşən “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin şəraiti, qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət hazırlanmış guşə və s. ilə tanışlıqla başlayıb. İnstitutun gənc alimləri və uşaqların sevimlisi olan klounun iştirakı ilə kiçik (3-7 yaş arası) sakinlər arasında oyunlar, rəqs və güc yarışları keçirilib, qaliblər mükafatlandırılıb.  Daha sonra gənc alimlər Sığınacaq Mərkəzinin sakinlərini Ramazan bayramı münasibətilə təbrik etmiş, uşaqların maariflənməsi məqsədilə kitablar və bayram sovqatı ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə özlərinin səhnəcikləri ilə sevindirmiş, həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm də Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.