Fotos
AMEA Coğrafiya İnstitutunun Gənc Alimlər və Mütəxəssilər Şurasının “Vikipediya nədir və Coğrafiyanın vikipediyada yeri” mövzusunda görüşü keçirilib
İyn 23 , 2017 | 07:09 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2806 )

22 iyun 2017-ci il AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alimlər və Mütəxəssilər Şurasının “Vikipediya nədir və Coğrafiyanın vikipediyada yeri” mövzusunda növbəti görüşü keçirilib. İclası Şuranın sədri c.ü.f.d. Samirə Ələkbərova açıq elan edərək Vikipediyanın əhəmiyyətindən danışıb, müasir cəmiyyətdə onun nəhəng informasıya bazası rolunu oynadığını, ölkəmiz haqqında coğrafi məlumatları, eləcə də digər elmi materialları bu bazada yerləşdirməklə Vikipediyanın daha da zənginləşdirilməsinin vacib olduğunu, elektron informasiya vasitəsi kimi gənclərin dünya görüşünün formalaşmasında onun mühüm önəm daşıdığını xüsusi qeyd edib. Eləcə də, Coğrafiya İnstitutunda 17 nəfərdən ibarət gənc əməkdaşın Mərkəzi Elmi Kitabxanada təlim keçməsi və həmin vikiqrupun üzvülərindən üç nəfərin sertifikatla təltif edilməsi barədə ətraflı məlumat verib. Daha sonra şuranın üzvü, İnstitutun viki qrupunun rəhbəri Aida Aslanova mövzu ətrafında geniş təqdimatla çıxış edib. O, Vikipediyanın önəmindən, coğrafiyanın Vikipediyadakı yerindən danışıb. Vikimediyanın 15 layihəsi haqqında, həmçinin Vikipediyanın yaranma tarixi, təsisçiləri, vikimediya fondu, vikipediyanın prinsipləri, istifadəçilərı və onların fəaliyyətləri, Vikimediyanın ən böyük layihəsi olan Vikipediyada məqalələrin yerləşdirilməsi və onların vikiləşdirilməsi haqqında faktlara əsaslanaraq geniş məlumat verib. Eləcə də Coğrafiya elminin gələcək uğuru olaraq Vikipediyanın digər bir layihəsi olan “Mövzulu ay” layihəsində Coğrafiya elminə dair məqalələrin həmin ayda çoxluq təşkil etməsi məqsədi ilə “Coğrafiya ayı”nın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. 2017-ci il iyun ayının 1-dən etibarən AMEA Elmi Kitabxanasından verilən rəsmi məlumata əsasən Vikipediyada Azərbaycan 1 pillə qalxaraq 56-cı pillədən 55-ci pilləyə yüksəlir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.