Fotos
Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisi mikroorqanizmlərin neftə təsirini araşdırır
İyl 06 , 2017 | 04:00 / Mühim hadisələr
Oxunma ( 189 )

6 iyul 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) növbəti elmi seminar keçirildi. İnstitutun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının gənc mütəxəssisi, dissertant Könül Qəhrəmanova “Müxtəlif mikroorqanizm assosasiyalarının neft fraksiyalarına təsiri” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, dünya elmində bu istiqamətdə aparılan tədqiqatlara çox az rast gəlinir. Amma aktual bir məsələ olduğu üçün bu sahədə elmi araşdırmalar maraq kəsb edir. Gənc kimyaçı tədqiqat zamanı istifadə olunan üsul və metodlardan və əldə olunan nəticələrdən geniş danışdı, sualları cavablandırdı.

Sonra məruzə ətrafında müzakirə aparıldı.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.