Fotos
AMEA-nın ilk magistrlərinin "Məzun günü" keçirilib
İyl 07 , 2017 | 01:29 / Mühim hadisələr
Oxunma ( 455 )

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təhsil alan ilk magistrlərin "Məzun günü" keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edib.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, birinci qəbul ilində Akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olub: "Onlardan bir nəfəri hərbi xidmətə yollanıb, 18 nəfəri isə təhsilini davam etdirdi. Məzunlardan 15 nəfəri magistraturanı fərqlənmə diplomu ilə bitirib".

O qeyd edib ki, növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "Belə 2016-2017-ci tədris ilində 18 ixtisas üzrə 56 nəfər qəbul olub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata görə onlardan 67-si tələbə adını qazanıb".

A.Əlizadə vurğulayıb ki, yaxşı alim yetişdirmək üçün keyfiyyətli təhsil vermək başlıca şərtdir.

Tədbirin sonunda AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.