Yüksək Texnologiyalar Parkının təqdim etdiyi bütün xidmətlər elektronlaşdırılacaq
İyl 26 , 2017 | 03:52 /
Oxunma ( 2032 )

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, iki qurum arasında artıq formalaşmış əməkdaşlıq münasibətləri var və tezliklə praktiki işlərə başlanacaq.

V.Babayev YTP-nin təqdim etdiyi bütün xidmətlərin 2017-ci ilin sonuna kimi elektronlaşdırılacağını və hər bir şəxsin vahid ərizə formasını doldurmaqla öz təkliflərini texnoparka göndərə biləcəyini söyləyib. Alim həyata keçiriləcək layihələrin həm daxili bazarda, həm də ixrac üçün istifadə olunacağını diqqətə çatdırıb.

Sonra "EPC Group" MMC-nin direktoru Məhəmməd Miabi çıxış edərək rəhbərlik etdiyi şirkətin elmi tədqiqatlar və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, "EPC Group" investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir və həyata keçiriləcək biznes layihələrini dünya bazarlarına çıxarma imkanları var.

Daha sonra müəlliflər öz layihələri barədə məlumat veriblər.

Sonda V.Babayev və M.Miabi əməkdaşlıq Sazişini imzalayıb.

Əməkdaşlıq çərçivəsində "EPC Group" ilə AMEA Yüksək Texnologiyalar Parkına təqdim olunan və Texnoloji Transfer xidmətindən keçən bir sıra layihələrin müəllifləri arasında investisiya tərəfdaşlığına dair sənədlər imzalanıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.