Ali məktəblərdə yerlərin 15 faizə yaxını boş qalıb
Avg 14 , 2017 | 03:25 /
Oxunma ( 2072 )

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.

Qurumun məlumatında deyilir ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric)  müsabiqəsində  42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma  faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%).

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub. 

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.