Fotos
Gənc alimlərin ən çox üz tutduğu sevimli teleməkan - "Səhər" verilişinin 22 yaşı tamam oldu
Avg 14 , 2017 | 12:00 /
Oxunma ( 258 )

Bu gün Azərbaycan Dövlət Televiziyasının az qala müstəqilliyimizin yaşına bərabər, ən uzunömürlü və populyar verilişlərindən biri,  “Səhər” musiqi və informasiya proqramı 22 yaşı tamam olur. Tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1995-ci il avqustun 14-də yayıma başlamış “Səhər” həyatımızın bütün sahələrində baş verən yenilikləri maraqlı formalarda çatdırmaqla, milli-mədəni irsimizi və mənəvi dəyərləri təbliğ etməklə, ciddi yaradıcılıq axtarışları aparmaqla qısa müddətdə geniş tamaşaçı rəğbətini qazana bildi. Proqramın yeni dəst-xətti tezliklə onu ciddi mədəniyyət hadisəsinə çevirə bilib.

Məlumat üçün bildirək ki, gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyətini ən çox işıqlandıran verliş də "Səhər" proqramı olub. Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi müəssisələrinin uğurlu fəaliyyəti və nailiyyətləri ilə seçilən gənc alim və mütəxəssislər mütəmadi olaraq bu verilişə dəvət olunur.

Sevimli məkanda "Azərbaycan elminin dünya elminə inteqrasiya prosesləri, beynəlxalq çərçivədə həyata keçirilən ən son müştərək elmi tədqiqatlar və bu prosesdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rolu mövzularında fərdi və kollektiv formada gənc alimlərin rəy və fikirləri geniş ictimayyətə çatdırılır.

AMEA Gənc Alim və Mütəxəssislər Şurası üzvləri olaraq bu verilişin ərsəyə gəlməsinə zəhməti olan bütün əməkdaşları yubileyləri münasibəti ilə ürəkdən təbrik edirik, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.