Azərbaycan arxeoloqları Nizami Gəncəviyə hədiyyə edilmiş kəndin qalıqlarını tapıblar
Avg 28 , 2017 | 10:59 /
Oxunma ( 2110 )

Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarlayıblar. Elmi dairələrdə böyük rezonansa səbəb olan bu tapıntı bölgədə uzun zaman aparılan dərin tədqiqatlar nəticəsində mümkün olub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov bildirib ki, "Həmənli" Həmidünya kimi adlanan kəndin bir zamanlar Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair və mütəfəkkir Nizami Gəncəviyə hədiyyə edilməsi faktları var. Tapılan kəndin Həmənli olması arxeoloji qazıntılar və yazılı dəlillər əsasında sübuta yetirilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov: "Goranboy rayonu ərazisində yerləşən Həmənli kəndi vaxtı ilə Nizami Gəncəviyə verilən Həmdünya kəndidir. Bu kəndin yerini müəyyənləşdirmək üçün biz həm arxeoloji materiallardan, həm də tarixi məlumatlardan istifadə etməli olduq. Bir tərəfdən şairin özü tərəfindən verilən məlumatlar, digər tərəfdən ondan sonrakı dövrdə yaşayan müəlliflərə müraciət etdik".

Arxeoloq onu da bildirdi ki, ərazidə həmçinin Nizami dövrünə aid xeyli sayda maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, numizmatik materiallar, ictimai binaların qalıqları aşkarlanıb. İctimai bina qalıqları əsasən çiy kərpicdən hörülüb. Nizami Gəncəvi Həmidünya kəndinin verilməsi haqqında məlumatları öz əsərlərində də bildirib. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə bu kəndə 5 km uzunluğunda saxsı borularla su xətti çəkilib.

"14-cü əsrin müəllifi Həmdullah Qəzvini qeyd edir ki, Nizami Gəncəviyə verilən kənd boz dağlardan təxminən 3 km aralıda yerləşir. Həmin kəndin yaxınlığından ticarət karvan yolu keçir. Həmin yolun üstündə körpü var. Aparılan qazıntılar nəticəsində göstərilən bütün obyektlər aşkarlanıb".

Arxeoloq qazıntılar zamanı su borularının aşkarlandığını deyirlər və bu fakt da ərazinin həmin kənd olmasını deməyə əsas verir. Ərazidə Nizaminin əsərlərində bəhs etdiyi "Şirin bulaq" da tapılıb. Bulaqdan təxminən 150 metr məsafədə - 7 qəbirdən ibarət olan qəbristanlıq
olub. Həmin qəbirlərin də yerini müəyyənləşdirmək mümkün olub. Eyni zamanda qədim "İpək yolu"nun üzərində yerləşən Karvansaray aşkarlanıb. Hazırda Karvansarayın hasarları müəyyənləşib. Bildirək ki, yuxarıda sadalanan obyektlərin hamısını Nizami Gəncəvi öz əsərlərində tam dəqiqliyi ilə vurğulayıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.