İslam Əməkdaşlıq Təşkilatı yüksək nailiyyət əldə dən alimləri mükafatlandıracaq
Sen 08 , 2017 | 09:13 / Elmi müsabiqələr
Oxunma ( 94 )

İslam Əməkdaşlığı Təşkilatının Elm və Texnologiya sahəsində Əməkdaşlığa dair İƏT Daimi Komitəsi (COMSTECH) hər iki ildən bir üzv ölkələrdə elm və texnologiya sahəsində yüksək nailiyyətlər əldə etmiş alimlərə mükafatlar təqdim edir. 2017-ci il üzrə mükafatların aşağıdakı kateqoriyalar üzrə təqdim olunması nəzərdə tutulur:

-biologiya və kimya;

-elm və texnologiya.

Namizədlər müraciət üçün ərizə formasını www.comstech.org səhifəsindən əldə edə bilərlər. Ərizələr 31 oktyabr 2017-ci il tarixinədək ameen@comstech.org elektron ünvanına göndərilməlidir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.