Fotos
AMEA prezidenti yeni qəbul olan magistrlərlə görüş keçirdi
Sen 14 , 2017 | 04:45 / Görüşlər
Oxunma ( 2626 )

14 sentyabr 2017-ci il tarixində AMEA Rəyasət Heyətində "Bilik Günü"nə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirdi ki artıq 3 ildir Akademiyada magistr hazırlığı uğurla həyata keçirilir: "Onlara Akademiyanın nüfuzlu alimləri dərs keçməklə sabahın alimi kimi hazırlanmasına köməklik edir". 
O qeyd etdi ki, artıq bu il AMEA-nın ilk qəbul olan magistrlərin yüksək səviyədə müdafiə edərək məzun olublar. Onların hamısı AMEA-da doktoranturaya qəbul olmaq istəyirlər.
Sonra görüşdə AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvi Əminağa Sadiqov çıxış edərək dedi ki, 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olub. Onun sözlərinə görə bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak edib. Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən institutun İdarəetmə Sistemləri İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İnformasiya Texnologiyaları İnstitutundan olduğunu deyib..  
Sonra magistrlərə magistr bileti, qiymət kitabçası və qiymətli hədiyyə təqdim olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.