İslam İnkişaf Bankı alimləri mükafatlandıracaq
Sen 18 , 2017 | 04:56 /
Oxunma ( 1982 )

İslam İnkişaf Bankı tərəfindən “Elm və texnologiya” nominasiyası üzrə gələn il mükafatlandırma mərasimi keçiriləcək.  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından AZƏRTAC-a bildiriblər ki, mükafat hər il İslam İnkişaf Bankına üzv ölkələrə üç kateqoriya üzrə təqdim olunur. Mükafat üzv ölkənin sosial-iqtisadi inkişafına çox əhəmiyyətli elmi və ya texnoloji töhfəyə, mühəndislik, kənd təsərrüfatı, tibb, biotexnologiya, informasiya texnologiyaları, materialşünaslıq, əczaçılıq, sənaye mikroelektronikası, nanotexnologiya və alternativ enerji mənbələri üzrə elmi sahələrə edilmiş çox əhəmiyyətli töhfələrə, az inkişaf etmiş üzv dövlətlərində uğuru olan elmi-tədqiqat institutlarına verilir.  Mükafat ilə əlaqədar ətraflı məlumatı və ərizə formasını İslam İnkişaf Bankının rəsmi internet səhifəsindən (www.isdb.org) əldə etmək olar.  Qaliblər İslam İnkişaf Bankının Müdirlər Şurasının gələn il aprelin 3-dən 5-dək Tunis Respublikasında keçiriləcək 43-cü illik toplantısı zamanı mükafatlandırılacaq.  Namizəd haqqında məlumat və ərizə forması noyabrın 30-a qədər idbprize@isdb.com  ünvanına təqdim edilməlidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.