Fotos
AMEA-nın “Qonaq Evi” açıldı
Sen 22 , 2017 | 03:00 /
Oxunma ( 2099 )

Sentyabrın 22-də Bakıda AMEA-nın “Qonaq Evi”nin açılışı baş tutub. Açılışda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib.

Sonra iştirakçılar qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda və zövqlə tərtib edilmiş otaqlarla tanış olublar.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ərsəyə gəlmiş qonaq evi haqqında ətraflı məlumat verib. Bildirib ki, 11 otaq, gözləmə zalı, xidmət və təsərrüfat otaqlarından ibarət olan qonaq evi AMEA-ya gələn qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd olunub ki, təmirində müasir memarlıq elementlərindən istifadə olunmuş bina bütün lazımi əşya və avadanlıqlarla təchiz olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərəcək.

Foyedə AMEA-nın institut və təşkilatlarının fotoları yerləşdirilib, qonaq evinin ümumi dizaynında AMEA-nın loqosu və ölkənin milli atributlarından istifadəyə geniş yer verilib.

Sonda çıxış edən akademik Akif Əlizadə qonaq evində yaradılmış müasir standartlara cavab verən şəraiti yüksək qiymətləndirib, bu işin ərsəyə gəlməsində rolu olan insanlara təşəkkürünü bildirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.