AMEA Mərkəzi Nəbatat Bağının direktoru Fransa Respublikasında elmi ezamiyyətdə olub
Okt 03 , 2017 | 07:00 / Görüşlər
Oxunma ( 62 )

AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev 24-28 sentyabr 2017-ci il tarixində Fransa Respublikasının Marsel şəhərində elmi ezamiyyətdə olub. Səfər Eks-Marsel Universitetinin dəvəti ilə baş tutub.

V. Fərzəliyev Fransanın Eks-Marsel Universiteti və Aralıq Dənizi Hövzəsinin Dəniz və Quru Biomüxtəlifliyi və Ekologiyası İnstitunun birgə təşkilatçılığı ilə keçirilən“Ardıc ağaclarının tətqiqi” mövzusunda beynəlxalq elmi seminarda iştirak edib.  Tədbirdə son illərdə  dünyada ardıc ağaclarının tədqiqi ilə bağlı əldə olunmuş mühüm elmi nəticələr və gələcəkdə koordinasiya olunacaq birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində V. Fərzəliyev Fransanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən olan Ardeş əyalətinə təşkil olunmuş ekspedisiyada iştirak edərək fransız tədqiqatçılarının meşə ekosistemlərinin öyrənilməsi ilə bağlı apardıqları çöl-tədqiqat işləri ilə yaxından tanış olub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.