Fotos
Bakı Dövlət Sosial İqtisad Kollecində “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda mühazirə təşkil olunub
Okt 04 , 2017 | 03:33 / Görüşlər
Oxunma ( 3135 )

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Maarifləndirmə tədbirləri” Proqramı çərçivəsində ölkəmizin orta və ali təhsil müəssisələrində peşəkar və təcrübəli mütəxəssislərin gənclərlə görüşlərini, eləcə də sağlam həyat tərzinin təbliği istiqamətində gənc liderlərin mühazirə və təlimlərini mütəmadi təşkil edir. Bu istiqamətdə növbəti marifləndirici tədbir Bakı Dövlət Sosial İqtisad Kollecində ərsəyə gəlib. Belə ki, Kollec kollektivi üçün “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamının izahı, Proqramdan irəli gələn məqsəd və vəzifələrlə bağlı AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.doktoru, dosent Famin Salmanovun “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda mühazirəsi təşkil edilib.

Bu proqramın təsdiq edilməsini ölkə rəbərliyinin Azərbaycan gəncliyinə diqqət və qayğısının davamlı xarakter daşımasının məntiqi nəticəsi kimi səciyələndirən dosent Famin Salmanov həmin sənəddə gənclərin hərtərəfli inkişafı üçün nəzərdə tutulmayan məsələ qalmadığını vurğulayıb. O, gənclərin elm və təhsilləri ilə bağlı çox ciddi tədbirlər həyata keçiriləcəyini və bu tədbirlərin bütün sferadan olan gəncləri əhatə edəcəyini diqqətə çatdırıb.

Gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi üçün təmsil olunduğu AMEA-da çox ciddi işlər görüldüyünü vurğulayan natiq bu prosesin proqram çərçivəsində növbəti 5 il ərzində sürətləndiriləcəyini və Akademiyada başlanılan bu hərəkata digər dövlət qurumlarının da dəstək verəcəyini bildirib.

F.Salmanov gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılmasının o istiqamətdə ixtisaslaşan gənclərimizin hərtərfli inkişafı üçün həlledici amil olduğunu qeyd edib. O, buna görə  hələ orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Proqramın vəzifələrinə uyğun şəkildə istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulmasından ötrü əlavə tədbirlər görüləcəyini söyləyən Şura sədri yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanmasının bu sahədə aparılan təbliğat-təşviqat işlərinə əlavə  təkan verəcəyini bildirdib. Onun sözlərinə görə, gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin həyat və düşüncə tərzinin öyrənilməsi və müvafiq təhlillərin aparılması məsələsi diqqət mərkəzində olacaq.

Sonda məruzə ətrafında təklif və suallar ətraflı cavablandırılıb, ümumilikdə mühazirə iştirakçıların marağına səbəb olub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.