Azərbaycan Gənc Alim­lərinin I Qurul­tayı dekabrın 15-də keçiriləcək
Okt 11 , 2017 | 05:59 /
Oxunma ( 3467 )

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilk olaraq ölkədəki gənclər siyasətindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənc­lərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün la­zı­mi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir”. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hər­tərəfli in­kişafı üçün görülən işlərdən söz açan akademik Rasim Əliquliyev hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yük­səkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin ic­ra­sını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alim­lərinin I Qurul­tayının keçirilməsi qərara alınıb.

İclasda qurul­tayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi qrupunun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşki­lat ko­mi­təsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.