Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC Beynəlxalq Konfrans keçiriləcək
Okt 17 , 2017 | 05:24 /
Oxunma ( 2724 )

Texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində tədqiqatçı alimləri və peşəkarları bir araya gətirmək məqsədilə, ilk dəfə Bakıda keçiriləcək 18-ci TECIS beynəlxalq konfransına dəvət etməkdən çox məmnun olduğumuzu bildiririk. İclasın əhatə dairəsi və məqsədləri: Texnoloji inkişaf beynəlxalq sabitlikdə mühüm dəyişikliklərə gətirib çıxarır. Sistem sabitliyini araşdırmaq hər zamankından daha önəmli olmuşdur. Daim yenilənən texnologiya sahəsində bir çox əsas fərziyyələr artıq mükəmməl deyil və müəyyən suallar doğurur. Sözügedən tədbir bu mövzuları sistemli şəkildə araşdıracaqdır. TECIS konfransının başqa bir məqsədi komplekslik və bilik idarəetməsini tədqiq etməklə qloballaşma effekti ilə işləməkdə yeni yanaşmalar təklif etməkdir. Mövzular: Konfransın mövzuları aşağıdakılardır və bununla məhdudlaşmır:

 • Sabitliyin yaxşılaşdırılmasında İdarəetmə və Avtomatlaşdırma 
• Gənc mühəndislər İdarəetmədə 
• Avtomatlaşdırma və İdarəetmə Neft və Qaz sənayesində 
• Neft və qaz sənayesinin sosial aspektləri 
• Neft-kimya sənayesində inkişaf 
• Regional ölkələrin inkişafı 
• Sosial şəbəkələr 
• Sabitliyi yaxşılaşdırmaq üçün texnoloji dəyişikliyin təqdimatının idarə edilməsi 
• Post-münaqişə regionlarında texnologiya
 • İnnovasiya idarəetməsi 
• Açıq innovasiya və tətbiqlər 
• Müəssisə inteqrasiyası, şəbəkə və proqram təminatı 
• Xərc yönümlü avtomatlaşdırma (COA) 
• Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma 
• Kiçik və orta sahibkarlıq üçün qərar dəstəkləmə sistemləri 
• Yarım-avtomatlaşdırılmış birləşdirmə və ayırma 
İntellektual sistemlər və tətbiqlər
• Mexatronik sistemlər və robotlar
• Robotlar və istehsalat cihazları
• Süni intellekt və tətbiqlər
• Avtomatlaşdırma cihazlarının gücləndirilməsi
• Mühəndislik etikaları
• Tele-tibbi sistemlər
• Mühəndisliyin mədəniyyətlə kəsişən aspektləri
• İdarəetmə və siyasi sabitlik
• Modellər və simulyasiya
• Dayanıqlı layihə və idarəetmə
• Təhlükəsizlik və risk mühəndisliyinin insani aspektləri
• Bio-tibbi sistemlər
Məqalənin təqdim edilməsi:
“IFAC-in sponsorluğu ilə keçirilən tədbirlər (konqres, simpozium, konfrans, seminar) üçün təqdim edilmiş bütün çap materialları orijinal olmalıdır. Belə ki, təqdim edilən materiallar heç bir yerdə çap edilmiş olmamalıdır. Təqdim edilən materiallara görə müəlliflər məsuliyyət daşıyır.
IFAC-in sponsorluğu ilə keçirilən konfranslar Elsevier saytında (http://www.elsevier.com/journal-authors/author-rights-and-responsibilities) izah edildiyi kimi yoxlama prosesi üzrə etik davranışların ən yüksək standarta riayət edəcək və müəlliflər isə öz növbəsində IFAC nəşriyyat etikası təlimatına (http://www.ifaccontrol.org/events/organizersguide/PublicationEthicsGuidelines.pdf/view) riayət edəcəklər.
IFAC-in sponsorluğu ilə keçirilən tədbirlər üçün qəbul edilmiş məqalələr ScienceDirect (http://www.sciencedirect.com) saytında IFAC-PapersOnLine seriyasında yerləşdirilən tədbirin materiallarında ISBN və DOI nömrələri olmaqla dərc ediləcək.
Müəllif(lər) məqalə təqdimatı prosesində məqalənin yekun versiyasını təqdim edən zaman IFAC-ə müəlliflik hüquqlarını (copyright) verməlidirlər.
 
Müəllif(lər) şəxsi istifadə üçün, müəllif(lər)in institutlarında daxili istifadə üçün, müəllif(lər)in özləri və ya institutları tərəfindən idarə olunan vebsaytda yerləşdirmək üçün, məqalənin surətindən istifadə etmək hüququnu öz(lər)ində saxlayırlar.
Məqalənin kommersiya məqsədləri üçün istifadəsinə görə isə IFAC tərəfindən təsdiq tələb olunur.”
Mühüm son tarixlər:
Sessiyalar üçün təkliflər 15.05.2018-ci il tarixinədək qəbul ediləcəkdir.
Birinci məqalə online “https://ifac.papercept.net/conferences/scripts/start.plv” vasitəsilə ən gec 31.05.2018-ci il tarixinədək təqdim edilməlidir. Daha sonra məqaləyə anonim olaraq baxılacaq və seçilmiş məqalə müəlliflərinə 15.07.2018-ci il tarixinədək qəbul barədə məlumat veriləcək. Qəbul edilmiş məqalələr üzrə şərhlər məktubla müəlliflərə təqdim ediləcək. İlkin qeydiyyat üçün son tarix - 01.08.2018-ci ildir. Daha sonra qəbul edilmiş məqalələr qeydiyyatdan keçirilməlidir (qeydiyyat haqqı aşağıda göstərilmişdir) və məqalələrin son versiyaları (şərhlər tətbiq edilir) online sistemə yüklənəcəkdir. Tam məqalənin təqdim edilməsi üçün son tarix 15.08.2018-ci ildir.
Müəlliflərdən ən azı biri konfransda iştirak etməli və konfransda vaxtında məqalani təqdim etməlidirlər. Müəlliflər vaxt və digər zəruri informasiya barədə məlumatlandırılacaq. Məqalə konfransda təqdim olunarsa, o, DOI və ISBN nömrələri ilə konfrans materiallarında avtomatik dərc etdiriləcəkdir.
Qeydiyyat haqları Vaxtından tez təqdim edən vaxtından gec təqdim edən Saytda təqdim edən Normal € 200.-- € 250.-- € 300.-- Tələbələr/təqaüdçülər üçün € 50.-- € 50.-- € 70.
-- İnformasiya: www.tecis18.net, www.tecis18.com
Təşkilatçılar: Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC) IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS) Vyana Texnologiya Universiteti, IHRT Sponsorlar: Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC) IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Bakı Ali Neft məktəbi ADA Universiteti Milli Təşkilat Komitəsi (müvəqqəti): Bahadur İbrahimov (AZE) Manafəddin Namazov (AZE) Alexandra Rommens (AUT) Abbas Əlili (AZE) Julia Linert (AUT) Muhammadou Kah (USA) Redaktorlar: Peter Kopacek (TU Wien/IHRT) Bahadur İbrahimov (Azerbaijan Robotics & Automation Society)
Suallar və köməklik üçün əlaqə: B.İbrahimov ARAS, 52 Əliyar Əliyev küç., AZ1072, Bakı, Azərbaycan Tel: (+994 50) 574 44 55 E-mail: aras.azerbaijan@gmail.com P.Kopacek TU Wien, Favoritenstrasse 9, E325A6, 1040 Wien. Phone: +431 5880131800;
Fax: +431 5880131899
Email: kopacek@ihrt.tuwien.ac.at

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.