Gələn ilin dövlət büdcəsindən elmə 128.1 milyon manat vəsait xərclənəcək
Okt 21 , 2017 | 01:00 /
Oxunma ( 2286 )

2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi də açıqlanıb. Belə ki, növbəti il elm xərclərinə 128,1 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 
2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5,4 milyon manat vəsait nəzərdə tutulub. 
Prezident yanında Elmin İnkişafı Fondunda 2017-ci ildə maliyyə ekspertizasından keçirilmiş yeni qrant layihələrinin 2018-ci ildə fond tərəfindən maliyyələşdirilməsinə tələb olunan əlavə 3,5 milyon manat vəsait növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.