Fotos
“İslam Həmrəyliyi-Azərbaycan Nümunəsi” adlı Respublika üzrə müsabiqə layihəsi başa çatıb
Okt 24 , 2017 | 04:18 / Mühüm hadisələr
Oxunma ( 1950 )

23 oktyabr 2017-ci il tarixində “İslam Həmrəyliyi-Azərbaycan Nümunəsi” adlı Respublika üzrə müsabiqə layihəsi başa çatıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və moizələr şöbəsinin müdiri , Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov, Habil Qurbanova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri Famin Salmanov tədbirdə iştirak edərək layihənin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. AMEA nın gənc alimləri də müsabiqənin qalibi olublar. Qaliblərə diplomlar təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.