Fotos
Gənclər təşkilatları “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə əlaqədar bir araya gəliblər
Okt 25 , 2017 | 12:19 / Mühim hadisələr
Oxunma ( 205 )

Dünən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş üzrə əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışaraq deyib: “Üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə Dövlət Proqramı qəbul olunub. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin olunub. Hazırda bu sənədin icrası ilə bağlı müzakirələr aparılır və gənclər bu prosesdə fəal iştirak edirlər”.

Nazir müavini bildirib ki, gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, dövlətimizin başçısının gənclərə etimadının bariz nümunəsidir. Belə sənədlərin qəbulu və icrası həmişə gənclərin iştirakı ilə ictimai müzakirəyə çıxarılır. Bu da gənclərin maraqlarının tam təmin olunmasına hesablanıb. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət proqramları var. Bunların nəticəsində respublikamızda yeni alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar gənclər formalaşıb.

Sonra Milli Məclisin deputatı Şahin İsmayılov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.

Toplantıda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov vurğulayıb ki, respublikamızda gənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lakonik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, həm də genişmiqyaslıdır. Onun sözlərinə görə, dörd illik proqramın hədəflərində bu siyasətin daha effektiv təşkili ilə əlaqədar gənclərin kreativ və innovativ perspektivliklərini qiymətləndirmək, onların potensiallarından sosial həyatın bütün sahələrində istifadə etmək, sağlamlıqlarını qorumaq, təhsildə və elmdə onlara dəstək olmaq, ölkə üzrə könüllülük hərəkatını genişləndirmək və s. kimi həlli vacib məsələlər durur. Bütün bunların həyata keçirilməsi Azərbaycanda daha sağlam, yüksək təhsilli, elmli, mədəni və milli ruha köklənmiş nəslin yetişməsinə xidmət edəcəkdir.

F.Salmanov təmsil etdiyi qurumun ən çox gəncləri özündə birləşdirən təşkilat olduğunu qeyd etməklə, yeni proqramda elmi gəncliyin inkişafına xidmət edəcək çoxsaylı hədəflərin nəzərdə tutulduğunu, artıq bu istiqamətdə həyata keçiriləcək tədbirlərin planının hazırlandığını diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digər məruzəçilər çıxışlarında da müxtəlif təkliflər səsləndiriblər, müzakirələr aparıblar. Çıxışlarda Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub. Konkret sahələr üzrə fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirildiyi proqramın gənclərin inkişafına növbəti mühüm təkan olacağına əminlik ifadə edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.