AMEA Rayəsət Heyəti gənclərlə bağlı Dövlət Proqramının icrasına dair tədbirlər planını təsdiq edib
Noy 01 , 2017 | 07:00 /
Oxunma ( 2066 )

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” nın AMEA-da icrası ilə bağlı məsələyə baxılıb.

İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA rəhbəri bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün Prezident İlham Əliyevin 15 sentyabr 2017-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.