Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Belarusda "Gənclik elmdə - 2017" mövzusunda XIV beynəlxalq elmi konfransında iştirak edir
Noy 01 , 2017 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 2182 )

30 oktyabr tarixindən başlayaraq Minsk şəhərində Belarus Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Gənclik elmdə - 2017" mövzusunda XIV beynəlxalq elmi konfrans öz işinə başlayıb. Dünyanın bir sıra ölkələrinin çoxsaylı gənc alim və mütəxəssislərininiştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil edir.

Açılış günündə baş tutan konfransın plenar iclasında Azərbaycanla bərabər, Almaniya, Polşa, Latviya, Rusiya və s. ölkələrin nümayəndələrinin məruzələri dinlənilib.  Azərbaycana dost və əziz olan Belarusda baş tutan və dünya elminə inteqrasiya baxımından qlobal əhəmiyyət daşıyan elmi tədbirdə iştirak etmək, yenidən müxtəlif ölkələri təmsil edən həmkarlarla görüşmək imkanını qazanmaq fürsətinə görə Təşkilat Komitəsinə təşəkkür edən  azərbaycanlı nümayəndə Famin Salmanov,nitqində qeyd edib ki, beynəlxalq konfrans,həmçininbiliklərin və təcrübələrin paylaşdırılması, yeni innovativ elmi ideyaların mənimsənilməsi və tətbiqi məsələlərinin həlli üçün vacib bir platformanı təmin edir. Məruzəsini təmsil etdiyi qurumun Azərbaycanda elm siyasətini həyata keçirən əsas aparıcı təşkilat kimi fəaliyyətindən,son illər yerinə yetirilən islahatlardan, innovativ elmi tədqiqatlarıngenişləndirilməsi və inkişafı ilə əlaqədar AMEA-nınnəzindində Yüksək Texnologiyalar Parkının yaradılmasından, yüksək klasifikasiyalı kadrların hazırlanması məqsədilə AMEA-da maqistartura təhsilinin bərqərar olunmasından ibarət məlumatlar əsasında quran  Şura sədri, həmçinin 2017-ci ilin 15 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına dair Sərəncamı, eləcə də  həmin proqramın məqsəd və vəzifələrindən geniş danışıb. O qeyd edib ki, Azərbaycanhökümətiningənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lokanik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, geniş miqyaslıdır.

Konfransın növbəti günü Famin Salmanov iştirakçı ölkələrin gənclər təşkilatlarının nümayəndələrindən ibarət heyətlə birgə “Dəyirmi masa”da  iştirak edib. Rəhbərlik etdiyi Gənc Alim və Mütəxəssislər Şurasının Azərbaycan prezidentinin və AMEA rəhbərliyinin elmlə bağlı siyasətinə uyğun tədbirlər və layihələr həyata keçirməsi,  əsas faəliyyət istiqamətlərinə elm və təhsilin inteqrasiyası, elmi populyarlaşdırılması və təbliği, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, xüsusi istedat vəd edən perspektivli gənclərin elmə cəlb edilməsi, gənclərin elmi-innovativ ideyalarının dəstəklənməsi ilə əlaqədar müxtəlif müsabiqələrin təşkili və s. daxil olması haqqında məlumatları “Dəyirmi masa”nın iştirakçıları ilə bölüşüb.

2 noyabr tarixində başa çatacaq konfransın proqramında bir sıra elmi, mədəni-kütləvi və s. tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.