Fotos
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb
Noy 06 , 2017 | 03:10 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2843 )

Noyabrın 6-da AMEA Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi”nin açılış mərasimi olub.

            İlk öncə tədbir iştirakçıları Guşənin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, bölməyə aid olan institutlar haqqında əyani vəsaitlərin yer aldığı  guşə ilə yaxından tanış olublar.

Akt zalında davam edən tədbiri giriş sözü ilə açan AMEA BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin fəaliyyətini əks etdirən “Elm Guşəsi”nin tərtibatı işində köməkliyinə görə təhsil kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib. Bu kimi layihələrin yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmağa xidmət etdiyini deyib: “Orta məktəblərdə AMEA müvafiq elmi bölmələrinin "Elm Guşəsi"nin yaradılmasının əsas məqsədi hələ məktəb yaşlarındada şagirdlərdə elmə maraq oyadılması, elmin populyarlaşdırılması, xüsusi istedad vəd edən perspektivli məktəblilərin bura cəlb edilməsi, onların gələcək peşəkar oriyentasiyalarında məhz elmə üstünlük vermələrini təmin etməkdir”.

Akademik-katib qeyd edib ki, şagirdlər dərsdən kənar asudə vaxtlarında bu Guşə qarşısında  toplaşaraq elmlə bağlı müzakirələr aparmaq imkanı qazanacaqlar. Onlar "Elm Guşəsi"nin məlumat löhvəsində AMEA BTEB-ə daxil olan İnstitutların yaranma tarixi, elmi istiqamətləri, elmi nailiyyətləri, maddi-txniki bazaları haqqında geniş məlumat ala biləcəklər, orada olan kitab və digər əyani vəsaitlərdən faydalanacaqlar.

            Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov,bu təşəbbüsün digər təhsil müəssisələrində də həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, bu layihə şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk layihə deyil: “Təhsillə elmin vəhdətinin zəruriliyindən danışan sədr yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə "Bu günün şagirdi, sabahın alimi", "Əyləncəli-öyrədici təcrübələr" və bir çox layihələr çərçivəsində müsabiqə, bilik yarışı və seminarların təşkil edildiyini söyləyib. Şura sədri qeyd etdi ki, bu cür tədbirlər istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasında, dəstəklənməsində mühüm əhəmiyyətə malikdir”.

 Şura sədri “Elm” guşələrinin Bakı şəhəri və regionların bir çox məktəblərində də təşkil olunacağını deyib.

            Daha sonra məktəbin direktoru Məmmədəli Kəsəmənli çıxış edib. Belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması baxımında əhəmiyyətli olduğunu deyib.

            Tədbirdə AMEA BTEB-ə daxil olan İnstitutların direktorları rəhbərlik etdikləri müəssisələrin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri və əldə etdikləri elmi nailiyyətlər haqqında məlumat veriblər.

Sonra AMEA Biologiya və Tibb Elmlərin Bölməsinə daxil olan İnstitutların gənc alimlərinin və məktəb şagirdlərinin iştirakı ilə maraqlı təqdimatlar olub.

            Qeyd edək ki, ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.