AMEA Aşqarlar Kimyası İnstitutunun Azərbaycan gənc alimlərinin I Qurultayına nümayəndələri seçilib
Noy 07 , 2017 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2083 )

7 noyabr 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, bu ilin dekabrın 15-də AMEA, AR Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I Qurultayı keçiriləcək: "İlk dəfə belə möhtəbər tədbirin keçirilməsinin əsas məqsədi bütün elmi və ali təhsil müəssisələrində çalışan gənc alimlərinin fəaliyyətinin kordinasiya edilməsinə nail olmaqdır".

AKİ direktoru, son illər Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yük­səkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirdi.
V.Fərzəliyev qeyd etdi ki, AMEA RH-nin qərarı ilə hər bir elmi müəssisə sözügedən Qurultayda iştirak edəcək nümayəndə olaraq 3 gənc alim seçməlidir.
AKİ Gənc alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev İnstitutda çalışan və elmi-ictimai fəaliyyəti ilə seçilən haqqında ümumi məlumat verdi.
Sonra Elmi Şura üzvlərinin geniş müzakirəsindən sonra 3 nəfər gənc alim Qurultay nümayəndəsi seçildi.
Eyni zamanda İnstitut gənc alim və mütəxəssisləri adından göndəriləcək bir sıra təkliflər müzakirə olunub, təsdiq edildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.