Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriyaların illik hesabatlarının dinlənilməsinə başlanılıb
Noy 13 , 2017 | 02:33 / Mühüm hadisələr
Oxunma ( 1959 )

13 noyabr 2017-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında ayrı-ayrı  şöbə və  laboratoriyalar üzrə ilin yekunlarına həsr olunan elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlanıldı. Öncə  İnstitutun direktoru, akademik  Vaqif Fərzəliyev gündəlikdə iki laboratoriya üzrə hesabatların dinləniləcəyin, əvvəlki illərdən fərqli olaraq təkcə laboratoriya rəhbərlərinin yox, həmin laboratoriyada çalışan bütün elmi işçilərin də gördükləri elmi işlər haqqında məlumat alınacağını qeyd etdi.

Sonra Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının baş elmi işçisi k.e.d. Elmira Nağıyeva, aparıcı elmi işçilər – k.ü.f.d. Afayət Məmmədova və k.ü.f.d., dosent Əli Qədirov hesabat məruzələri ilə çıxış etdilər. Onlar sürtkü yağlarına müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların texnologiyalarının işlənib hazırlanması, təkmilləşdirilməsi və istehsalatda tətbiqi istiqamətində hesabat ilində görülən işlər haqqıhda geniş məlumat verdilər. Eyni zamanda, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması,  yeni tip çoxfunksiyalı aşqarların sintez texnologiyaları işlənib hazırlanması, tətbiq üçün tövsiyə olunması istiqamətində yerinə yetrilən işləri sadaladılar.

Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının müdir əvəzi, k.ü.f.d. İkrəm Güləliyev isə rəhbərlik etdiyi laboratoriya əməkdaşlarının müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqar, yağlayıcı-soyuducu mayelərə əlavə və korroziya inhibitorları kimi tədqiqi ilə bağlı yerinə yetirdikləri elmi işlər haqqında məlumat verdi.

Məruzələr ətrafında geniş müzakirələr aparıldı.Akademik Vaqif Fərzəliyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini  verdi.

Akademik  bildirdi ki, gələcəkdə  aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.

Sonda  hesabatların qəbul olunması haqqında qərar verildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.