"Gənclərlə müasir elmin inkişafında dinamizmə nail olmağa çalışırıq"
Noy 22 , 2017 | 01:59 / Müsahibələr, çıxışlar
Oxunma ( 2599 )

Famin Salmanov

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent

 

Azərbaycanda elmin inkişafında dinamizmə nail olmaq məqsədində gənclərin potensialının düzgün istiqamətləndirməsi və istifadəsi mühüm yer tutur. Bu məsələdə yüksək klasifikasiyalı kadrların hazırlanması, fundamental və tətbiqi xüsusiyyətli elmi problemlərin həllində onların bilik və bacaraqılarından istifadə edilməsi, innovativ ideayalrın həayata keçirilməsi üçün real platformanın təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin elmlə bağlı son illər yürütdüyü siyasətə diqqət yetirsək, əsas məqsədin məhz ölkə iqtisadiyyatının tələblərinə adekvat Azərbaycan elminin davamlı və artan dinamikalı inkişafı üçün müəyyənləşdirilən əsas prioritetlərdən kadr hazırlığı məsələsi demək olar ki, öz həllini tapmaqdadır. AMEA-da magistratura təhsilinin bərqərar olunmansına nail olmaq, mövcud problemin həllində tədrici mahiyyət daşımaqdadır. Çox güman ki, yaxın beş ildə bu məsələdə radikal dəyişliklərə nail olacağıq.

Digər prioritet məsələlərdən biri də nəzəri elmi nəticələrin tətbiqi imkanlarını sınamaq, elmin kommersiyalaşdırılması siyasətinə keçiddə proqressiv irəliləyişlərə nail olmaqdir ki, bu problemin həllin üçün ölkə və AMEA rəhbərliyi tərəfindən gözəl imkanlar  yaradılmışdır. AMEA-nın nəzdində Yüksək Texnologiyalar Parkının yaradılması, onun faəliyyəti üçün əlverişli mühitin formalaşdırılması alimlərimizin, həmçinin gənc elm adamlarının innovativ ideyalarının real qiymətləndirilməsi və maddi vəziyyətlərinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiiyət kəsb edir.

Azərbaycanda gənclərin elmi-intellektual inkişafına dəstək verən bir sıra elmi təşkilatlar vardır. Təmsil etdiyimiz GAMŞ da elmi-ictimai fəaliyyət göstərən, 3000 mindən çox üzvü olan bir təşkilatdır. Dörd ildir ki, fəaliyyət göstəririk və keçən bu illər ərzində peşəkar təşkiltçılıq, ölkə Prezidentinin gənclərin inkişafı ilə bağlı verdiyi sərəncamlardan irəli gələn məsələlərin həlli, həmçinin AMEA rəhbərliyinin gənclər siyasətinin həyata keçrilməsi baxımından bir sıra beynəlxalq və yerli lıayihələri reallaşdırmışıq və bu proses davam etməkdədir. Bizimlə pararlel istər Universitetlərin və istərsə də müxtəlif nazirlikllərin nəzdində fəaliyyət göstərən analoji təşkilatlar vardır. Ayrı-ayrılıqda baxanda, hər bir təşkilatın fəaliyyətində fərdilik, dissiplinarlıq meylləri müşahidə olunur. Lakin, təcrübə göstərir ki, eyni məqsədli fəaliyyətdə uğur qazanmaq multiddisiplinarlıqdan keçir. Düşünürük ki, ümumi fəaliyyətdə koordinasiya problemləri vardır. Ümumilikdə belə təşkilatların bir araya gətirilməsi, mövcud problemlərin həlli üçün ümumi platformanın təşkili və idarə edilməsi məsələsinin müzakirə edilməsi bu gün gənclərimizin gələcək inkişafında həlledici mahiyyət daşıya bilər. Ona görə də, biz bu günkü konfransımızın plenar iclasından sonra baş tutacaq inetraktiv panel mövzularını qeyd olunan problemli məsələlərin müzakirəsinə həsr etməyi məqbul saydıq. Plenar iclasdan dərhal sonra, biz dörd auditoriyada peşəkar və nüfuzlu ekspertlərimizin iştirakı ilə // elmi məktəblər və fundamental elmi  axtarışlar;  elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli; Yüksək Texnologiyalar Parkı - innovativ ideyaların real məkanı;Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri// mövzularının müzakirəsinə başlayacağıq. Biz gənclərimizin yaradılan bu fürsətdən maksimum istifadə etmələrini arzulayırıq. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.