Fotos
Gənc alim və mütəxəssislər üçün interaktiv müzakirələr təçkil olunub
Noy 23 , 2017 | 09:24 / Mühüm hadisələr
Oxunma ( 2110 )

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans çərçivəsində interaktiv müzakirə təşkil olunub. AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin moderatorluğu, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və AMEA Yüksək Texnologiyalar Parkının direktoru, dosent Vüqar Babayevin ekspertli ilə "Elmi məktəblər və fundamental elmi axtarışlar", "Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı", "Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli" və "Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri" mövzularında keçirilən müzakirələrdə gənclərin çoxsaylı sualları cavablandırıldı, fikir və rəyləri dinlənildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.