Fotos
AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurası hesabat verib
Noy 23 , 2017 | 05:15 / Mühim hadisələr
Oxunma ( 59 )
Bu gün AMEA Gəncə Bölməsi Rəyasət Heyətinin növbəti toplantısı keçirilmişdir. Gündəlikdə təqdim olunan məsələlər sırasında Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının hesabatının da müzakirəsi aparılmışdır. İclası açıq elan edən Bölmənin sədri, akademik Fuad Əliyev bir sıra vacib məsələlər haqqında məlumat vermişdir.
 
Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı ilə bağlı Şuranın sədri Elnur Həsənov çıxış etmişdir.
O, 2017-ci il ərzində Şura üzvlərinin iştirak etdiyi çoxsaylı elmi və ictimai-mədəni tədbirlərdən bəhs etmiş, gənc tədqiqatçıların xarici səfərlərinin də olduğunu diqqətə çatdırmışdır.
 
O, Bölmənin ümumi sayı 50-dən çox Şura üzvlərinin cari il ərzində Yaponiya, ABŞ, İtaliya, Türkiy, Rusiya kimi ölkələrində 21 elmi elmi məqalə və tezislərinin ingilis, alman, italyan və rus dillərində nəşr olunduğunu, 39 elmi məqalə və tezisin isə ölkəmizin nüfuzlu nəşrlərində çap olunduğunu bildirib.
 
Hesabat iclas iştirakçıları tərəfindən qənaətbəxş qiymətləndirilərək, qəbul olunmuşdur.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.