Fotos
Bakıda “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib
Noy 24 , 2017 | 02:35 / Mühüm hadisələr
Oxunma ( 2233 )

21-24 noyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə MDB üzv ölkələrinin alimlərinin iştirakı ilə “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda  beynəlxalq konfrans keçirilib. Əsas məqsədi MDB üzv dövlətlərinin gəncləri arasında etnik və dini ekstrimizmin profilaktikası, ksenofobiya və dözümsüzlüyün yayılmasının yolverilməzliyi, həmçinin MDB əlaqələrin genişləndirilməsi, millətlərarası tolerantlığın yüksəldilməsi və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi olan tədbirdə AMEA İqtisad İnstitutunun gənc alimi, i.ü.f.d., dosent Rüfət Əfəndiyev, Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Rəşad Mustafa, böyük elmi işçisi, t.ü.f.d. Lamiyə Qafar-zadə iştirak edib. “Multikulturalizm və tolerantlıq Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” adlı məruzə ilə çıxış edən gənc tədqiqatçı L. Qafar-zadə konfrans mövzusu istiqamətində AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının həyata keçirdiyi işləri sadlamışdır. O vurğulayıb ki, Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində  Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan və xarici gənc alimlərin iştirak etdiyi “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda keçirilmiş Gənc Alimlərin I Beynəlxalq Forumu çərçivəsində  “Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi”, “Qlobal multikulturalizm və Azərbaycan modeli” kimi panel mövzularda interaktiv müzakirələr təşkil olunub, bu müzakirələrə əcnəbi alimlərdə qatılıb. Həmçinin, Şura AR Prezidenti yanında Bilik Fondu ilə birlikdə regionlarda yerləşən orta ümumtəhsil müəssisələrində multikulturalizm mövzusunda marifləndirmə seminarları keçirib.

Konfrans 4 gün davam edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.