AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası illik hesabatını təqdim edib
Noy 30 , 2017 | 01:02 / Mühüm hadisələr
Oxunma ( 2382 )

        Noyabrın 29-u Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci ilin yekunlarına dair hesabatı keçirilib. Tədbirdə şuranın sədri, Fərid Mustafayev bu qurumun ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, 2017-ci ilin hesabat dövründə gənc alimlərimiz AMEA tərəfindən təşkil olunmuş bir sıra elmi seminar və tədbirlərin iştirak ediblər. O cümlədən, Kolumbiya Universitetitin dosenti, Noah D.Dreznerin məruzəçisi olduğu “Academic Publishing in US Peer-Reviewed Journals” mövzusunda, “GəncMİBB”im təşkilatçılığı ilə “CİS” – Coğrafi İnformasiya Sistemləri” mövzusunda seminarlarda gənclərimiz fəal iştirakçı olublar .Həmçinin Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  Belçikanın   “Pythagoras” BVBA  şirkətinin nümayəndəsi Jan Van Looy  və şirkətin Azərbaycan təmsilçisi olan “Rubikon Geosystems” MMC-nin nümayəndələri eyniadlı proqram təminatının təqdimat seminarı institutda təşkil olunub. İnstitutun böyük elmi işçisi  Elton Məmmədovun  Alman Akademik Mübadilə Xidmətinin ( DAAD) dəstəyi ilə Almaniyanın Martin Luter Universitetində 3 aylıq tədqiqat layihəsi kimi dəstəklənib.

 Gənclərin kadr hazırlığına toxunan F.Mustafayev bildirib ki, cari ildə 3 gənc  aqrar elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün müdafiə ediblər. Hazırda İnstitutda 1 nəfər magistr təhsili alır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.