AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmə hesabatları gələn həftə dinləniləcək
Dek 01 , 2017 | 02:02 / Mühüm hadisələr
Oxunma ( 2557 )

05 və 08 dekabr 2017-ci il tarixlərində AMEA-nın Əsas Binasının “Kiçik akt zalı”nda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bu ilin yekunlarına dair elmi bölmələr üzrə hesabat yığıncağı keçiriləcəkdir. 05 dekabr saat 14.30-da Biologiya və Tibb, Kimya, İctimai elmlər, Gəncə bölməsinin və Şəki Regional Elm Mərkəzinin hesabat məruzələri dinləniləcəkdir. 08 dekabr saat 14.30-da Fizika-Riyaziyyat və Texnika, Yer, Humanitar elmləri üzrə, həmçinin Naxçıvan bölməsinin hesabatı olacaq. Elmi bölmələrdən asılı olmayaraq, bütün Şura sədrlərinin, onların müvainlərinin və elmi katiblərin (həmçinin arzu edən yerli Şuraların İdarə Heyətinin üzvlərinin) iki gün baş tutacaq müzakirələrin hər birində iştirakı vacibdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.