Fotos
AMEA Botanika İnstitutunda polinoloji tədqiqatlar aparılacaq
Dek 04 , 2017 | 09:51 /
Oxunma ( 64 )

AMEA Botanika İnstitutunun doktorantları Şəhla Mirzəyeva və Şəbnəm İsayeva Ukraynanın Kiev şəhərində UMEA M. Q. Xolodnov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.  Ezamiyyət çiçəkli bitkilərin sistematikası və floristikası, xüsusilə polinologiya və mikromorfologiyasının öyrənilməsi məqsədi ilə təşkil olunub.  

Gənc mütəxəssislər ezamiyyət müddətində həmin İnstitutunun Mikromorfologiya və Paleopalinologiya laboratoriyası müdiri, b.ü.e.d. Z. M. Simbalyukun rəhbəriliyi ilə bitki çiçəyinin tozcuq və sporlarınınn polenoloji analizlərinin aparılması üçün Wudhouse və Erdman metodlarının istifadəsini mənimsəyiblər.

AMEA Botanika İnstitutu ilə UMEA M.Q. Xolodnov adına Botanika İnstitutu arasında bağlanmış razılaşma memorandumu çərçivəsində polinologiya (çiçəyin erkəkcik tozcuqlarının mikroskop səviyyədə müşahidəsi ilə bitkinin növünün təyinatı) istiqamətində tədqiqatların aparılması məqsədi ilə mütəxəssislərin təkmilləşdirilməsi nəzərdə tutulub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.