Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu Türkiyənin İstanbul Texniki Universiteti ilə elmi əməkdaşlıq əlaqələrini genişləndirir
Dek 05 , 2017 | 10:53 /
Oxunma ( 2278 )

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfiqarov 2017-cı ilin noyabrın 27-dən dekabrın 3-dək Türkiyənin İstanbul Texniki Universitetində ezamiyyətdə olublar. Səfər ötən il qurumlar arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində baş tutub.

 

Məlumat üçün qeyd edək ki, həmin sənəddə iki elmi müəssisə arasında elm və texnologiyanın təşviqi istiqamətində birgə tədbirlərin keçirilməsi, mütəxəssislər arasında müştərək tədqiqatların aparılması, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.

 

Səfər çərçivəsində İstanbul Texniki Universiteti Fənn və Ədəbiyyat Fakültəsi Kimya bölüm başkanı Prof., Dr. Gurkan Hızal ilə görüş keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Azərbaycanlı qonaqlar Universitetin Kimya Bölümü üçün alman mütəxəssisləri tərəfindən yenicə inşa olunmuş, müasir tələblərə cavab verən, ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi, qeyri-üzvi, bioloji, yüksəkmolekullu birləşmələr və fiziki-kimyəvi analitik kimya laboratoriya otaqları ilə tanış olublar.

 

Tərəflər gələcəkdə əməkdaşlığın əsasən üzvi kimya və bioloji kimya istiqamətlərində genişləndiriləcəyini bildiriblər. Bundan başqa, İnstitutun gənc mütəxəssislərinin İstanbul Texniki Universitetinin Kimya bölümündə təcrübə keçmələrinə dair razılıq da əldə olunub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.