AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Rusiyanın Sank Peterburq şəhərində 5 günlük ezamiyyətdə olmuşdur
Dek 05 , 2017 | 04:00 /
Oxunma ( 47 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Rusiyanın Sank Peterburq şəhərində 5 günlük ezamiyyətdə olmuşdur.

O, məhşur alim, akademik Nikolai İ.Vavilovun 130 illik yubileyinə həsr edilmiş “4-cü Beynəlxalq Vavilov Konfransı”nda iştirak etmiş, Azərbaycan, Gürcüstan, Amerika Birləşmiş Ştatları və Yaponiya alimləri ilə birgə yerinə yetirdiyi tədqiqat işinin nəticələrini nümayiş etdirmişdir. Sözügedən tədqiat işi Azərbaycan və Gürcüstandan toplanılmış Aegilops Tauschii nümunələrinin genetik müxtəlifliyinə həsr edilmişdir. İlk dəfə olaraq 119 Aegilops nümunəsi Yeni Nəsil Sekvenserindən istifadə edilməklə genotipləşdirilmiş, nümunələrin genetik müxtəlifliyi 442 tək nukleotid polimorfizmi əsasında qiymətləndirilmiş və oxunmuş fraqmentlərin referens genomda xəritələşdirilməsi həyata keçirilmişdir. Tədqiqatın nəticələri konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.  Konfransda 24 ölkədən 100-dən çox alim və mütəxəssis iştirak etmişdir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.