Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Humanitar və Kimya elmləri bölmələrinin illik hesabatı dinlənilib
Dek 08 , 2017 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 2676 )

08 Dekabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan hesabat yığıncağı davam edib. İclası açan Şuranın sədri, dosent Famin Salmanov bildirib ki, bu günki toplantının gündəliyinə 2 elmi bölmənin hesabatının dinlənilməsi daxil edilib. Şura sədri onu da qeyd etdi ki, bölmə hesabatlarına Azərbaycan gənc alimlərinin I Qurultayından sonra keçiriləcək növbəti iclasda GAMŞ Fizika-Riyaziyyat və Texnika, eləcə də Yer elmləri bölmələrinin hesabat təqdimatı ilə yekun vurulacaq.

 Sonra Şuranın Humanitar Elmləri Bölməsinin ümumiləşdirmiş şəkildə hesabatını təqdim edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin GAMŞ sədri Aytən Cəfərli bölməyə aid olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, il ərzində əldə etdikləri elmi nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezis, həmçinin, xaricdə keçdikləri təcrübəartırma, iştirak etdikləri beynəlxalq konfrans, elmi simpoziumlar haqqında geniş məlumat verdi.

Kimya elmləri bölməsinin nümunəvi hesabat məruzəsi ilə çıxış edən GAMŞ Kimya elmləri bölməsinin katibi, dosent Faiq Məmmədov, rəhbərlik etdiyi bölməyə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, kütləvi populyarlığının artırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi tədbirləri, gənclərinin beynəlxalq və yerli konfranslarda iştirakı, marifləndirmə seminarları haqqında geniş məlumat verdi, Şura üzvlərinin suallarını cavablandırdı. 

GAMŞ İdarə Heyətinin üzvləri hər iki bölmənin hesabatları haqqında öz rəy və təkliflərini səsləndirdilər və yekdilliklə qəbul etdilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.