Fotos
AMEA Genetik Ehtiyatlar Ehtiyyatlar İnstitutunun doktorantı Türkiyədə ezamiyyətdə olmuşdur
Dek 13 , 2017 | 03:47 /
Oxunma ( 2345 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Əminə Rəkidə Mərfət qızı Türkiyədə 1 aylıq  ezamiyyətdə olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan edilmiş 8-ci Mobillik Qrant proqramı çərçivəsində Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Genom və Kök Hüceyrə Tədqiqat Mərkəzinə səfər etmişdir.

Layihə çərçivəsində  Dr. Kahraman Gürcanın elmi rəhbərliyi ilə “Azərbaycan mənşəli ərik genotiplərinin şarka xəstəliyinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda tədqiqat işi aparmışdır. Səfər zamanı ərik bitkisi nümunələrinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi istiqamətində ən yeni metodları öyrənmiş və ilk dəfə olaraq Azərbaycan mənşəli ərik genotiplərinin biomüxtəlifliyi 17 SSR markerinə görə həyata keçirilmiş, genetik cəhətdən oxşar və fərqli genotiplər müəyyənləşdirilmiş və populyasiya daxilində yüksək polimorfizmin olması müəyyən edilmişdir. Həmçinin ilk dəfə ərik nümunələrinin SSR profillərinə görə genetik identifikasiyası aparılmış, öyrənilən nümunələrin genetik strukturu müəyyənləşdirilmiş və pasportlaşdırılmışdır. Bundan başqa, ilk dəfə olaraq, ərik nümunələrinin şarka xəstəliyinə davamlılıq genləri əsasında skrininqi həyata keçirilmiş, nümunələrin xəstəliyə reaksiyası müəyyənləşdirilmiş və fərqli genotiplərdən ibarət əlamət kolleksiyası yaradılmışdır.

Tədqiqat zamanı, həmçinin Azərbaycan və Türkiyə mənşəli ərik genotipləri nümunələrinin genetik müxtəlifliyi və şarka xəstəliyinə davamlılığı müqayisəli analiz edilmiş və hər iki ölkədə mövcud olan ərik kolleksiyalarının yüksək genetik müxtəlifliyə sahib olduğu sübut edilmişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.