Fotos
AMEA Səhiyyə Nazirliyi ilə “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır” mövzusunda birgə elmi sessiya keçirəcək
Dek 20 , 2017 | 09:31 / Mühüm hadisələr
Oxunma ( 2135 )

AMEA və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır” mövzusunda birgə elmi sessiya keçirəcək. Məqsəd tibb və praktiki səhiyyə sahəsində elmi tədqiqatların, xüsusilə kök hüceyrələrlə bağlı fəaliyyətlərin dərinləşdirilməsinə və tibb elmi ilə təhsilin inteqrasiyasının gücləndirilməsi və daha yaxşı koordinasiyasına nail olmaqdır.

AMEA Rəyasət Heyətinin növbəti iclasında məsələ ilə bağlı çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovson illər Azər­baycanda tibb elminin ciddi inkişaf dövrü keçdiyini deyib. Bu inkişafın AMEA və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat müəssisələrində yeni metod və avadanlıqlarla ən müasir istiqamətlər üzrə aparılan araşdırmalarda və əldə olunan nəticələrin kliniki praktikaya tətbiqində özünü göstərdiyini bildirib. Akademik qeyd edib ki, elmi tədqiqatlarda müasirlik, multi­dissip­linarlıq, çoxmərkəzlilik və beynəlxalq əlaqəlilik prinsipləri xüsusilə böyük aktuallıq kəsb edir.

Müzakirədən sonra AMEA Rəyasət Heyəti birgə sessiyanı 2018-ci ilin fevral ayında keçirmək və bununla bağlı tədbirlər planını hazırlamaq barədə qərar verib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.