AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatların nəticələri nüfuzlu xarici jurnalda növbəti məqalə şəklində dərc edilib
Dek 28 , 2017 | 08:58 / Elmi nəşrlər
Oxunma ( 2572 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatlarının nəticələri  impakt faktoru 2.042 olan Tomson Reuters beynəlxalq bazada referatlaşdırılmış "Wiley" nəşriyyatına aid olan Journal of Biochemical and Molecular Toxicology adlı nüfuzlu xarici jurnalda (Parham Taslimi, Afsun Sujayev, Fikret Turkan, Emin Garibov, Zübeyir Huyut, Vagif Farzaliyev, Sevgi Mamedova, İlham, Synthesis and investigation of the conversion reactions of pyrimidine-thiones with nucleophilic reagent and evaluation of their acetylcholinesterase, carbonic anhydrase inhibition, and antioxidant activities, Journal of Biochemical and Molecular Toxicology, First published: 28 December 2017, DOI: 10.1002/jbt.22019; http://onlinelibrary.wiley.com/doi/10.1002/jbt.22019/full) icmal məqaləsi dərc olunub.

Məqalə müxtəlif pirimidintionların nukleofil reagentlərlə əvəz olunma reaksiyası və sintez olunan yeni maddələrin antioksidant və izoenzimlər üzrə inhibitor təsirlərinin tədqiqinə  həsr olunumuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.